Azərbaycana qarşı TƏXRİBAT: Okampo erməniləri COP29-a qarşı kampaniya başlatmağa ÇAĞIRDIbackend

Azərbaycana qarşı TƏXRİBAT: Okampo erməniləri COP29-a qarşı kampaniya başlatmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş BCM prokuroru bütün dünya ermənilərini Bakıda COP29-a qarşı kampaniya başlatmağa çağırıb.

interpress.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ermənilərə məktub ünvanlayıb. O, bu məktubu X səhifəsində dərc edib.

O, erməniləri birləşməyə və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) qarşı media kampaniyası başlatmağa çağırıb.

“Ermənilər, siz 1915-ci il soyqırımının külündən yenidən doğulanlarsınız. Bu gün dünya səhnəsində ədaləti və həqiqəti müdafiə etmək üçün unikal imkanınız var. Siz Azərbaycanı ifşa edə bilərsiniz”, – təxribatçı məktubunda bildirib.

Xuraman Etibarlı

İnterpress.az