Ermənistanda ruslara qarşı AYRI-SEÇKİLİK – Rusiya ETİRAZ EDİRbackend

Ermənistanda ruslara qarşı AYRI-SEÇKİLİK – Rusiya ETİRAZ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan hava limanında ruslara qarşı ayrı-seçkilik halları: İnsan Hüquqları Şurasından Ermənistan səfirinə məktub göndərilib

interpress.az xəbər verir ki, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev İrəvan hava limanında ruslara qarşı ayrı-seçkilik halları ilə bağlı Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyana müraciət edib.

Ermənistanın “FlyOne” aviadaşıyıcısının nümayəndələri və Zvartnots Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən hüquqlarının pozulması ilə üzləşmiş Rusiya vətəndaşlarının İHŞ-yə müraciətləri daxil olub.

“Açıq mənbələrdəki nəşrləri oxuyaraq belə qənaətə gəldik ki, təsvir olunan hallar, təəssüf ki, tək-tək hallar deyil. Təqdim olunan məlumatları da Ermənistan Respublikasının səlahiyyətli orqanlarının diqqətinə çatdırarsınız. Bu, Rusiya Federasiyasının vətəndaşları ilə bu cür insidentlərin yolverilməzliyi ilə bağlı mövqeyimizdir”, – məktubda deyilir.

Bundan əlavə, Şura qeyd edib ki, iyunun 3-də Roma – İrəvan – Moskva marşrutu ilə uçan bir qrup rusiyalı Romadan uçuş gecikdiyi üçün Moskvaya uçan təyyarəyə minməyib.

“Lakin hava limanının əməkdaşları problemini həll etmək əvəzinə onları heç bir izahat vermədən saxlayıb və polis şöbəsinə yerləşdiriblər”, – deyə İHŞ bildirib.

Xuraman Etibarlı

İnterpress.az