Ata və oğul SUP lövhələrində Zilupe çayı ilə Latviyadan Rusiyaya üzüblər.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, SUP lövhələrində çay boyunca gəzintiyə çıxan ailə Latviyadan uzaqlaşaraq Rusiyaya getdiklərinin fərqinə varmayıb. Latviya sərhədçiləri onları görsələr də, artıq gec olub.
Onlar Rusiya gömrükçüləri tərəfindən saxlanılıb.
Latviya hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz keçidlə bağlı cinayət işi açıb və Rusiya Federasiyasına rəsmi sorğu göndəriblər.
Bu günə kimi nə kişi, nə də oğlu Latviyaya qayıtmayıb.
Xuraman Etibarlı
İnterpress.az