Konqresmen Tlaib Netanyahunun çıxışı zamanı “müharibə canisi” işarəsi qaldırıb.
interpress.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı əlində “müharibə cinayətkarı” və “soyqırımda günahkar” yazılan lövhə tutan yeganə konqresmen Raşida Tlaib olub.
Rəşidə Tlaib Fələstin əsilli amerikalıdır. O, Netanyahunu Konqresdə çıxış etməyə dəvət etmək qərarını tənqid edib.
Keçmiş spiker Nensi Pelosi də daxil olmaqla onlarla demokrat qanunverici İsrail baş nazirinin çıxışını ümumiyyətlə boykot edib.
Xuraman Etibarlı
İnterpress.az