Rusiyada YouTube-a giriş məhdudlaşdırılır.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına deputat Aleksandr Xinşteyn bildirib.
O deyib ki, Rusiyada YouTube daha da yavaşlayacaq: yükləmə sürəti bu həftə 40%, gələn həftə isə 70% azalacaq,
Deputat qeyd edib ki, “YouTube”un “deqradasiyası” istifadəçilərə qarşı deyil, xarici resursun idarəçiliyinə qarşı yönəlmiş məcburi addımdır.
Onun sözlərinə görə, tədbir hələlik mobil rabitəyə təsir etməyəcək.
Xuraman Etibarlı
İnterpress.az