Rusiya müxalifətinin liderinin evinə DRON DÜŞDÜ – Özü və həyat yoldaşı YARALANDI – FOTObackend

Rusiya müxalifətinin liderinin evinə DRON DÜŞDÜ – Özü və həyat yoldaşı YARALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müxalifətinin liderinin evinə dron düşüb.

interpress.az xəbər verir ki, bu barədə İlya Ponomaryov X səhifəsində məlumat verib

Rusiya müxalifətinin lideri İlya Ponomaryovun Kiyev yaxınlığındakı evinə pilotsuz təyyarə düşüb.

PUA ön qapıdan beş metr aralıda partlayıb. Binaya ciddi ziyan dəyib. müxalifətçi qəlpə yaraları alsa da, sağ qalıb.

Polis bir bölgədə ər və arvadın yaralandığını bildirib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Sonradan məlum oldu ki, söhbət rusiyalı müxalifətçi İlya Ponomaryov və onun həyat yoldaşından gedir.

Qeyd edək ki, Ponomaryov keçmiş rusiyalı deputat olub, xarici agent kimi tanınıb, terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az