92 yaşlı kişi həyatında ilk dəfə EVLƏNİB – FOTObackend

92 yaşlı kişi həyatında ilk dəfə EVLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

92 yaşlı rusiyalı həyatında ilk dəfə evlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rostov vilayəti üzrə Vətəndaşlıq Qeydiyyatı İdarəsi məlumat yayıb. Rostov-na-Donu şəhərinin 92 yaşlı sakini Nikolay ilə onun 55 yaşlı Olqa adlı sevgilisinin sevgi hekayəsi rəsmi nikahla yekunlaşıb.

Nikah Voroşilovski rayonunda qeydə alınıb. 92 yaşlı Rostovlu bütün həyatı boyu subay olub. Onun yeni həyat yoldaşı ilə yaş fərqi 37 ildir.

Yeni arvad ərini “kişi standartının təcəssümü” adlandırıb və o, öz növbəsində onun ən mehriban və sevən qadın olduğunu bildirib.

 

Xuraman Etibarlı

İnterpress.az