İrəvanda amerikalı iş adamının arvadını oğurlayaraq pul tələb edən 5 erməni HƏBS EDİLDİbackend

İrəvanda amerikalı iş adamının arvadını oğurlayaraq pul tələb edən 5 erməni HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda amerikalı iş adamının həyat yoldaşının İrəvanda oğurlanması ilə bağlı dörd təşkilatçı və vasitəçi həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Ssayt xəbər verir ki, amerikalı iş adamının həyat yoldaşı, 55 yaşlı qadının İrəvanda oğurlanması ilə bağlı sensasion işin dörd təşkilatçısı və vasitəçisi həbs edilib.

Qeyd olunur ki, məhkəmə sentyabrın 12-də İrəvan sakini 37 yaşlı Vaçe İ., Tavuş sakini 49 yaşlı Arkadi P., 41 yaşlı Artem Muradyan və Kotayk rayon sakini 42 yaşlı Artsrun O.-nun iki aylıq həbs olunmasını istəyib.

Müəyyən edilib ki, adam oğurluğunu ABŞ-dən Ermənistana qayıdan 37 yaşlı Vaçe I təşkil edib və planlaşdırıb. O, daha dörd nəfərin daxil olduğu bir qrup yaradıb.

Onlar 4 milyon dollar pul tələb ediblər, lakin qaçırılan qadının əri ilə uzun sürən danışıqlar nəticəsində pulə 800 min dollara endirilib.

Xatırladaq ki, adam oğurluğu sentyabrın 4-də baş verib. Qadın Ermənistanın Tavuş rayonunun Voskepar (Əskipara – red.) kəndinə aparılıb.

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları sentyabrın 8-də tapıb saxlamağa nail olublar. Hadisəni törədən 5 nəfərdən üçü hava limanına gedərkən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az