ABŞ İraqdan Amerika səfirliyini qorumağı xahiş etdi – “Əl Əxbar”backend

ABŞ İraqdan Amerika səfirliyini qorumağı xahiş etdi – “Əl Əxbar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İraqın baş nazirindən Amerika səfirliyinin müdafiə səviyyəsini artırmağı xahiş edib.

İnterpress.az xəbər verir ki,  bu barədə Livanın “Əl Əxbar” qəzeti İraqdakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

İranyönlü qrupların bölgədəki ABŞ bazalarını atəşə tutmaq təhdidləri fonunda Vaşinqton İraqın baş naziri əl-Sudanidən Amerika səfirliyini  hücumlardan qorumaq üçün xüsusi qüvvələr göndərməsini istəyib.

Qeyd olunur ki, İraq təhlükəsizlik xidmətləri ölkənin baş nazirindən “ölkədəki diplomatik nümayəndəlikləri istənilən hücumdan qorumaq” üçün ciddi göstərişlər alıb.

Xuraman Etibarlı

İnterpress.az