Türkiyədə 39 FETÖ üzvü saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, Ankara Baş Prokurorluğu “gizli struktur” FETÖ-nün 39 üzvü haqqında həbs qərarı çıxarıb.
Şübhəlilər arasında Ordu və Hərbi Hava Qüvvələri Komandanlığının keçmiş və indiki nümayəndələri, Jandarma Komandanlığının çavuşları, həmçinin 11 keçmiş hərbi tələbə də var.
Qeyd olunur ki, saxlanılan şəxslər şəhərdəki köşklərdə, ərzaq mağazalarında və marketlərdə əvvəlcədən ödənişli stasionar telefonlardan istifadə edərək təşkilatla əlaqə saxlayıblar.
Xuraman Etibarlı
İnterpress.az