Ermənistanın Ukraynadakı səfirini baş nazirin müşaviri əvəz edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan bu ölkənin baş naziri Nikol Paşinyanın müşaviri Ambartsum Matevosyanla əvəz oluna bilər.
Məlumata görə, Karapetyan İtaliyaya gedəcək və Matevosyanın adı bu vəzifəyə namizəd kimi müzakirə olunur.
“Dörd aydan artıqdır ki, Ukraynada qeyri-qanuni işləyən Ermənistan səfiri Vladimir Karapetyanın İtaliyaya getməsi ilə bağlı məsələ həll olunub. O, 2021-ci il iyunun 1-də üç il müddətinə səfir təyin edilib.
Səlahiyyət müddəti 2024-cü il iyunun 1-də başa çatıb, lakin Xarici İşlər Nazirliyi və Ermənistan prezidenti nə onun geri çağırılması, nə də səlahiyyət müddətinin uzadılması ilə bağlı fərman verməyiblər”, – nəşr qeyd edir.
Qeyd edilir ki, Ermənistan Xarici İşlər Nazirliyi iki aya yaxındır ki, Karapetyanın Ukraynada fəaliyyətini hansı əsasla davam etdirməsi ilə bağlı suala cavab gözləyir.
Xuraman Etibarlı
İnterpress.az