Rusiyada miqrantlar xüsusi əcnəbi kartı alacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskvadakı əməkçi miqrantlar, sahibi haqqında əsas məlumatları özündə əks etdirən xüsusi əcnəbi kartı üçün müraciət etməli olacaqlar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, paytaxtda təhlükəsizliyin səviyyəsini yüksəldəcək.
Əmək miqrantları, müvəqqəti yaşamaq və ya yaşamaq icazəsi alan əcnəbilər, eləcə də digər kateqoriyalardan olan əcnəbilər Çoxfunksiyalı Miqrasiya Mərkəzinə müraciət etdikdə plastik kart alacaqlar.
Kartda çip, QR kodu, həmçinin sahibi haqqında əsas məlumatlar olacaq: soyadı, adı və atasının adı, doğum tarixi, cinsi, vətəndaşlığı, imza nümunəsi, kartın seriyası, nömrəsi və istifadə müddəti.
Artıq əcnəbilərin kartının təsadüfi sınaqdan keçirilməsinə başlanılıb.
Bundan əlavə, dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya daxil olan və Rusiyadan çıxan bütün xarici vətəndaşlar (Belarus vətəndaşları istisna olmaqla) üçün biometrik nəzarət tətbiq ediləcək. Orada fotoqrafiya və barmaq izi üçün xüsusi avadanlıq quraşdırılacaq;
Xuraman Etibarlı
İnterpress.az