Qətər rejimin devrilməsindən sonra ilk nümayəndə heyətini Suriyaya göndərəcək.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qətər rəsmisinin sözlərinə görə, dekabrın 15-də nümayəndə heyəti Suriyanın müvəqqəti hökuməti ilə görüşmək, Qətər səfirliyinin açılması və humanitar yardımın tədarükünün genişləndirilməsi məsələlərini müzakirə etmək üçün Dəməşqə gələcək.
Eyni zamanda o, ölkənin Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin Dəməşqə səfəri ilə bağlı əvvəllər yayılan məlumatları təkzib edib.
Xuraman Etibarlı
İnterpress.az