Az Airlines-ə məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarənin görüntüləri yerli mətbuatda yayılıb.
“Tengri Travel” xəbər verir ki, ilkin məlumatlara görə, Bakıdan Rusiyanın Qroznıya uçan Az Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.
Hələlik rəsmi təsdiq yoxdur. Redaktorlara hadisə yerindən videogörüntülər daxil olur.
Biz rəsmi təsdiq gözləyirik. Bildirilib ki, daha əvvəl bu təyyarə qəza siqnalı verib.
Xuraman Etibarlı
İnterpress.az