Vatikanın elçisi papanın tənqidinə görə Qüdsə çağırılıb.
İnterpress.az xəbər verir ki, Papa Fransisin İsraili Qəzzada “vəhşilik”də ittiham edən son bəyanatlarından sonra İsrail Xarici İşlər Nazirliyi Vatikanın baş diplomatını danışıqlara çağırıb.
Müqəddəs taxt-tacın İsraildəki səfiri nunsio Adolfo Tito İllana çərşənbə axşamı günü çağırılıb.
Xəbərdə deyilir ki, çağırış məzəmmət etmək deyil, İsrailin Papanın şərhindən məyus olduğunu ifadə etmək olub.
Xarici İşlər Nazirliyi artıq açıq şəkildə Fransisin İsrailin Qəzzanı bombalamasını “vəhşilik” kimi pisləyən və papanı ikili standartlarda və HƏMAS-ın vəhşiliyinə məhəl qoymamaqda ittiham edən şərhlərinə qarşı çıxıb.
Çərşənbə günü verdiyi illik Milad müraciətində Frensis “xüsusilə humanitar vəziyyətin son dərəcə ağır olduğu Qəzzada” müharibəyə qarşı çıxış etdi, lakin “qəddarlıq” mesajını təkrarlamayıb.
Xuraman Etibarlı
İnterpress.az