İki həftə ərzində hərbi qeydiyyatdan keçməyənlər vətəndaşlıqdan MƏHRUM EDİLƏCƏKbackend

İki həftə ərzində hərbi qeydiyyatdan keçməyənlər vətəndaşlıqdan MƏHRUM EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni” ruslar 2 həftə ərzində hərbi qeydiyyatdan keçməsələr, vətəndaşlıqdan məhrum ediləcəklər.

İnterpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya vətəndaşlığı almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı qaydalarına aydınlıq gətirmək qərarına gəlib.

Müdafiə Nazirliyi hökumətdə baxılacaq qərar layihəsi hazırlayıb. Buna əsasən, Rusiya vətəndaşlığını almış şəxslər iki həftə ərzində hərbi qeydiyyatdan keçməlidirlər.

Əks halda onların vətəndaşlıqdan çıxarılması məsələsi həll olunacaq.

Xuraman Etibarlı

İnterpress.az