ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
ABŞ hakim “Gürcü arzusu” partiyasının qurucusu və fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Qərar ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub. Onun adı bu gün Tbilisi vaxtı ilə saat 20:00-da OFAC (Xarici Aktivlərə Nəzarət Ofisi) siyahısında yer alıb.
Xuraman Etibarlı
İnterpress.az