Venesuelada terror aktının QARŞISI ALINDIbackend

Venesuelada terror aktının QARŞISI ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada terror aktının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib. Maduro ölkədə üç ukraynalı da daxil olmaqla bir qrup muzdlunun saxlanıldığını açıqlayıb.

O vurğulayıb ki, guya onun inaqurasiya mərasimi ərəfəsində yanvarın 10-na planlaşdırılan terror aktı törətməyə cəhd ediblər.

Maduro bildirib ki, yeddi muzdludan ibarət qrup noyabr və dekabr aylarında saxlanılan 125 nəfərə əlavədir. Birinci qrupun icraçı vitse-prezident və nazir Delsi Rodrigesə hücum etmək və ölkənin infrastrukturuna, hökumət qurumlarına və Bolivar İnqilabının liderlərinə hücum etmək planları olduğu iddia edilir.

Ukrayna Xarici İşlər Nazirliyi hələlik bu xəbərlərə cavab verməyib.

Xatırladaq ki, Nikolas Maduro 2024-cü il iyulun 28-də yenidən Venesuela prezidenti seçilib və ABŞ və digər Qərb ölkələri Maduronun 51,92 faiz səs aldığı iddia edilən seçkilərin nəticələrini tanımayıb.

Xuraman Etibarlı

İnterpress.az