Yaponiyadan QORXULU PROQNOZ: Ölkənin gələcəyi SUAL ALTINDADIR – FOTObackend

Yaponiyadan QORXULU PROQNOZ: Ölkənin gələcəyi SUAL ALTINDADIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada doğum nisbəti kəskin şəkildə aşağı düşür və proqnozlar qorxulu görünür.

İnterpress.az xəbər verir ki, Tohoku Universitetinin professoru Hiroşi Yoşidanın hesablamalarına görə, 2720-ci ilə qədər ölkədə 14 yaşına çatmamış yalnız bir uşaq qala bilər.

Hazırda 15 yaşa qədər uşaqlar Yaponiya əhalisinin yalnız 11%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, ölkə sakinlərinin demək olar ki, 30%-i 65 yaşdan yuxarı insanlardır. Bu rəqəmlər demoqrafik böhranın ciddiliyini göstərir.

Yaponiya kəskin şəkildə bir-biri ilə əlaqəli iki problemlə üzləşib: əhalinin qocalması və doğum səviyyəsinin azalması.

Mütəxəssislər bunu nikahların sayının azalması ilə əlaqələndirirlər. 2020-ci il siyahıyaalınmasına əsasən, 50 yaşına qədər kişilərin təxminən 28%-i heç vaxt evlənməyib, qadınlarda isə bu rəqəm 17,8%-dir.

Bu cür tendensiyalar ölkənin gələcəyini təhdid edərək, həll yollarının axtarışını Yaponiya cəmiyyəti üçün ən mühüm problemlərdən birinə çevirir.

Xuraman Etibarlı

İnterpress.az