Sakit Okean Dəmiryolunda yük qatarı relsdən çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Xabarovskda Sakit Okean Dəmiryolunda yük qatarı relsdən çıxıb. Kömürlə yüklənmiş 39 gondol vaqon aşıb.
Qəzanın ehtimal olunan səbəbi — kəskin temperaturlarda torpağın hərəkəti nəticəsində rels yatağının bütövlüyünün zədələnməsi.
Xuraman Etibarlı
İnterpress.az