Finlandiyanın baş naziri: Rusiya ilə sərhədi aça bilmərikbackend

Finlandiyanın baş naziri: Rusiya ilə sərhədi aça bilmərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə sərhəd bağlı qalacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo bildirib. O deyib ki, Rusiya ilə sərhəd hələ ki açılmayacaq.

“Təəssüf ki, şərq sərhədində təhlükə qiymətləndirməsi dəyişməz olaraq qalır, ona görə də biz sərhədi aça bilmirik”, – Orpo deyib.

O, həmçinin əlavə edib ki, “Rusiyanın kölgə donanması Baltik dənizində ən böyük problemdir” və Aİ və NATO hazırda buna qarşı fəal şəkildə mübarizə yollarını axtarır.

Xuraman Etibarlı

İnterpress.az