SQD kürd hərbi təşkilatı yeni Suriya ordusuna QOŞULUR – VİDEObackend

SQD kürd hərbi təşkilatı yeni Suriya ordusuna QOŞULUR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SDQ komandiri yeni Suriya ordusuna qoşulmağa razılıq verib.

İnterpress.az xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Mazlum Abdi qüvvələrinin yeni Suriya ordusunun bir hissəsi olacağını bildirib və bununla da ölkənin yeni administrasiyasının siyasəti ilə razılaşdığını təsdiqləyib.

Abdi həmçinin Suriyanın ərazi bütövlüyü ilə razılaşdığını bildirib, lakin həll edilməli olan bir sıra praktiki detalların olduğunu qeyd edib.

Suriyanın gələcəyi ilə bağlı milli konfransa gəlincə, Abdi hələ ona dəvət almadığını, lakin Suriyanın bütün nümayəndələrinin tədbirdə iştirakını gözlədiyini bildirib.

O, daha əvvəl bildirilmişdi ki, sözügedən konfrans yanvarın 4-5-nə planlaşdırılıb, lakin daha sonra Suriyanın xarici işlər naziri əl-Şibani tarixin fevral ayına təxirə salındığını açıqlayıb.

SDQ (Suriya Demokratik Qüvvələri) 2015-ci ildə Suriyada ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan kürd hərbi ittifaqıdır. Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı YPG təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az