Türkiyə PKK və İŞİD-ə qarşı mübarizəni davam etdirir.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında kürd hərbi-siyasi təşkilatı PKK-nın 20 silahlısını məhv edib.
Eyni zamanda Türkiyə polisi İstanbulda İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 7 nəfərin həbs olunduğunu bildirib.
Saxlanılan şəxslərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı təşkilati fəaliyyətdə istifadə olunan rəqəmsal materiallar götürülüb.
Xuraman Etibarlı
İnterpress.az