Satışdakı balıqlar təhlükəlidir, zəhərlənmiş ola bilər – Rusiyalı deputatbackend

Satışdakı balıqlar təhlükəlidir, zəhərlənmiş ola bilər – Rusiyalı deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara və Azov dənizlərinin balıqları zəhərlənmiş ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Dmitri Qusev bildirib. Qusev deyib ki, Qara və Azov dənizlərinin balıqları 4 min tondan çox mazutun dağılmasından sonra zəhərlənə bilər.

O, Rospotrebnadzoru çirklənmədən təsirlənən ərazilərdə dəniz məhsulları ovunu məhdudlaşdırmağa və dəniz məhsulları istehsalı müəssisələrini yoxlamağa çağırıb.

“4000 tondan çox neft məhsulunun fövqəladə dağılması Qara və Azov dənizlərinin mavi sularını potensial ölümcül tələyə çevirib”, – deputat vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az