İŞİD öz döyüşçülərinə Los-Anceles yanğınlarından sui-istifadə etməyə çağırış edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Kanal 12”nin israilli jurnalisti Asaf Rozenzveyq Telegram kanalda yazıb.
O bildirib ki, İŞİD öz döyüşçülərini Los-Anceles yanğınlarından istifadə edərək bölgədə hücumlar həyata keçirməyə çağırır.
“Xaosu iflic edən vəziyyət və nəzarətin itirilməsi ruhlandırıcı əməliyyat fürsəti təqdim edir”, – çağırışda deyilir.
Xuraman Etibarlı
İnterpress.az