Sibir alimləri dondurulmuş embrionlardan doğulan siçanları göstəriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sitologiya və Genetika İnstitutunun Sibir alimləri dondurulmuş embrionlardan doğulan siçanları göstəriblər.
Əvvəllər embrionlar buzları əridilən zaman ölürdüsə, bu dəfə onlar 19 siçan nəsli əldə edə biliblər.
İnstitut ümid edir ki, kriokonservasiyada əldə edilən uğurlar nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasına kömək edəcək.
Ancaq bu, hamısı deyil. Alimlərin fikrincə, dondurulmuş embrionların öyrənilməsi gələcəkdə qocalma proseslərini təhlil edərkən tibbdə də faydalı ola bilər.
Xuraman Etibarlı
İnterpress.az