Armudlu piroqbackend

Armudlu piroq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Armudlu piroq

Xəmir üçün:

50 qr un
40 qr kərə yağı
50 qr şəkər tozu
Üstü üçün:
40 qr qoz ləpəsi
1 ədəd armud
5 qr darçın
Şirə üçün:
50 qr şəkər tozu
50 ml su
Dekor üçün:
Şokolad
Dondurma
Xəmirin hazırlanması:

Otaq temperaturunda yumşaldılmış kərə yağı və un mikserlə çırpılır. Üzərinə şəkər tozu əlavə edilib çalınır. Xəmir kündələnib 15 dəqiqə soyuducuda saxlanır.
Şərbətin hazırlanması:
Şəkər tozu suda qarışdırılıb qaynadılır. Armudun qabığı soyulub dilimlənir . Üzərinə şərbət əlavə olunub bişirilir. Armud şərbəti tamamilə canına çəkəndə üstünə doğranmış qoz ləpəsi və darçın səpilir, qarışdırılıb odun üzərindən götürülür. Xəmir formaya yerləşdirilib üzərinə armudlu qarışıq yayılır. Piroq 180 dərəcəyədək qızdırılmış sobada 10 dəqiqə bişirilir. Hazır piroq şokolad və dondurma ilə dekor edilib süfrəyə verilir.
İnterpress.az