Tərəvəzli pomidor şorbasıbackend

Tərəvəzli pomidor şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 ədəd qara çörək
2 ədəd pomidor
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd baş soğan
2 st. pomidor şirəsi
100 qr holland pendiri
1 x.q. qaymaq
½ ç.q. nanə qurusu
1 ç.q. un
Bitki yağı
Duz, istiot
Hazırlanması:
Qara çörəyin üstü qapaq şəklində kəsilib içi ovulur. Un yağda qovrulur. Baş soğan, bibər xırda doğranır, yağda qızardılır, üzərinə nanə səpilib qovrulur. Üzərinə pomidor şirəsi əlavə olunub blenderdən keçirilir. Kütləyə qovrulmuş un qatılıb qarışdırılır. Şorbaya sürtgəcdən keçirilimiş holland pendiri, qaymaq, pomidor, duz, istiot əlavə olunub blenderdən keçirilir. Hazır şorba çörəyin içinə doldurulur.
İnterpress.az