Dana ətli kolbasa
Tərkib:
Quzu bağırsağı
500 qr dana əti
2-3 diş sarımsaq
Bitki yağı
Paprika
Duz, qara istiot
Hazırlanması:
Ət kötüyün üzərində döyülür. Farşın üzərinə xırda doğranmış sarımsaq, duz, istiot və paprika əlavə edilib qarışdırılır. Hazır farş 2-3 saat dinləndirilir. Ət qarışığı bağırsağın içərisinə doldurulub halqa şəklində bükülür. Kolbasa əvvəlcədən qızdırılıb yağ əlavə olunmuş qrill tavada qızardılır.
İnterpress.az