Ləvəngi şorbası
Tərkib:
150 qr toyuq filesi
1 x.q. ağ küncüt
1 x.q. xama
Zeytun yağı
Duz, istiot
İçlik üçün:
40 qr qoz ləpəsi
1 ədəd baş soğan
1 x.q. nar turşusu
Duz, istiot
Şorba üçün:
1 x.q. un
40 qr kərə yağı
40 qr qoz ləpəsi
1 x.q. nar turşusu
2 st. toyuq bulyonu
Qurudulmuş çörək
Hazırlanması:
Toyuq filesi incə kəsilib döyülür, duzlanıb, istiotlanır.
İçliyin hazırlanması:
Qoz ləpəsi sürtgəcdən keçirilir. Soğan xırda doğranır, üzərinə qoz, nar turşusu, duz, istiot əlavə edilib qarışdırılır. İçlikdən 1 x.q. götürülüb döyülmüş toyuq filesinin üzərinə qoyulur. Toyuq əti bükülüb zeytun yağında qızardılır.
Şorbanın hazırlanması:
Çörək dilimləri dördkünc doğranıb sobada qurudulur. Qoz ləpəsi sürtgəcdən keçirilir. Kərə yağı əridilib, üzərinə əvvəlcə un, daha sonra qoz, nar turşusu əlavə edilib qovrulur. Qarışığa toyuq bulyonu, duz, istiot tökülüb 10 dəqiqə qaynadılır.Hazır şorba kasaya tökülüb, üzərinə qurudulmuş çörək qoyulur. Qızarmış içlikli toyuq əti boşqaba düzülür. Üzərinə xama çəkilir, küncüt səpilib şorba ilə birlikdə servis edilir
Səidə Mustafayeva
İnterpress.az