Moskva Trampın Ukraynanı NATO-ya cəlb etmək səhvi ilə bağlı sözlərini alqışlayır.
İnterpress.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Nazirin sözlərinə görə, Donald Tramp çıxışlarının birində Ağ Evin keçmiş rəhbəri Co Baydenin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək, Kiyevi alyansa cəlb etmək cəhdinin əsas səhvlərdən biri olduğunu qeyd edib.
“İlk dəfə Qərb lideri, təkcə Qərb lideri deyil, ABŞ-nin, deməli, bütün Qərb dünyasının lideri bu sözləri deyib. Biz, ümumiyyətlə, alqışladıq, çünki ilk dəfə olaraq NATO problemi ABŞ-nin ciddi müzakirə etməyə hazır olduğu bir məsələ kimi təyin olundu”, – Lavrov bildirib.
Xuraman Etibarlı
İnterpress.az