Rusiya və Ukrayna arasında əsirlər DƏYİŞDİRİLDİ – “150-yə 150”backend

Rusiya və Ukrayna arasında əsirlər DƏYİŞDİRİLDİ – “150-yə 150”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski 150-150 məhbus mübadiləsinin baş verdiyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. Yermak və Zelenski bildiriblər ki, Ukrayna tərəfi 150 hərbçi qəbul edib.

Daha sonra “150-yə 150” düsturuna görə mübadilə Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

“25-ə 25” formuluna əsasən sonuncu məhbus mübadiləsi tərəflər arasında yanvar ayında həyata keçirilib.

Ukrayna prezidenti Volodimir Zelenski də 150 ​​ukraynalı hərbçinin geri qaytarıldığını açıqlayıb. Lakin hər iki mesaj – Yermakın və dövlət başçısının mesajları sonradan onların Telegram kanallarından yoxa çıxıb.

Xuraman Etibarlı

İnterpress.az