Dadımıza gələnlərbackend

Dadımıza gələnlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündə ən azı beş dəfə yemək vacibdir, amma karbohidratı və yağı az olan kiçik ölçülərdə. Çoxlu maye için və gündə yarım saat gəzinti edin. Bəs nə yeməli?
Yay fəsli pəhrizə başlamaq üçün ideal zamandır. Çeşidli meyvələrin və tərəvəz salatlarının dad və faydalarından həzz almağın vaxtıdır.

Yay salatları hazırlayarkən, elə meyvə və tərəvəzlərin kombinasiyasını seçin ki, onlar nəinki ehtiyac və istəklərinizi təmin etsin, həmçinin metabolizmi gücləndirsin, yağları isə yandırsın. Özünüzü yüngül hiss etmənizi, formada olmağınızı təmin edən əsas elementlərdən ibarət olsunlar: badımcan, sukkini, pomidor, bibər, şaftalı, yemiş, üzüm, paxla, xiyar, kahı, brokkoli, limon, alma, avokado.

Dadlı salat əldə etmək üçün pendir, qaynadılmış yumurta, qızardılmış çörək kubları, alma sirkəsi, zeytun yağı, çeşidli göyərti növləri əlavə edin. İsti və ya soyuq ,ətli və ya ətsiz yeyin.

Rəngli salatlarla tətiliniz rəngarənq olsun.

İnterpress.az