İsraildə terror aktının QARŞISI ALINDI – FOTObackend

İsraildə terror aktının QARŞISI ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu və Şin Bet Qüdsdə terror aktının qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri ilə Şin Bet Təhlükəsizlik Xidmətinin keçirdiyi birgə əməliyyat zamanı Qüdsdə terror aktı planlaşdıran Ramallahdan olan 5 Fəth və HƏMAS fəalından ibarət hücrə saxlanılıb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər avtobus İsrailə çatan kimi partlayıcı qurğu yerləşdirmək və onu uzaqdan işə salmağı planlaşdırıblar.

Eyni zamanda fəallardan biri sorğu-sual zamanı Qüdsdə avtobusda intihar etməyi planlaşdırdığını bildirib.

Həbs zamanı əldəqayırma partlayıcı qurğu və odlu silah götürülüb.

Xuraman Etibarlı

İnterpress.az