İçərisində məktəblilərin olduğu lift üçüncü mərtəbədə QIRILDI – VİDEObackend

İçərisində məktəblilərin olduğu lift üçüncü mərtəbədə QIRILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufada içərisində yeniyetmələrin olduğu lift üçüncü mərtəbədən aşağı düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Ufa şəhərində içərisində  yeniyetmələrin olduğu lift qırılaraq üçüncü mərtəbədən aşağı düşüb.

Üç məktəbli liftə daxil olub, lakin 3-cü mərtəbədə lift qəfil dayanıb. Yeniyetmələr tez dispetçerə zəng ediblər.

Bundan sonra işıqlar sönüb, lift kəskin şəkildə aşağı düşüb. Qızlara zərər dəyməyib.

Xuraman Etibarlı

İnterpress.az