Misir və Əlcəzairdən olan tələbələr 14 yaşlı qıza təcavüzə görə HƏBS OLUNDU – VİDEObackend

Misir və Əlcəzairdən olan tələbələr 14 yaşlı qıza təcavüzə görə HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Misir və Əlcəzairdən olan 3 tələbə azyaşlıya təcavüzə görə həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Kazanda Misir və Əlcəzairdən olan 3 tələbə – Buf Şamseddin, Mahmud Zeyad Yasser Mohamed və Eldin Omar Wayel Mohamed 14 yaşlı məktəbli qıza təcavüz etməkdə təqsirli bilinib.

Məhkəmə təxminən bir il davam edib. Məhkəmə müəyyən edib ki, 2023-cü il yanvarın 31-də üç oğlan qıza təcavüz edib.

Məktəbli qızın dediyinə görə, onu bir neçə saat zorakılığa məruz qoyublar. Onu azad edəndə evə gələrək atasına hər şeyi danışıb və o dahadisəni polisə bildirib.

Təqsirləndirilən şəxslər qızla internetdə tanış olduqlarını, guya qızın 19 yaşında olduğunu və pullu intim xidmət göstərməyə razılaşdığını bildiriblər. Lakin xidmət göstərildikdən sonra o, cəmi 14 yaşında olduğunu deyib, onları şantaj etməyə başlayıb və əlavə ödəniş istəyib.

İki tələbə ciddi rejimli cəzaçəkmə müəssisəsində 8,5 il, üçüncü isə onlardan 3 ay az həbs cəzası alıb.

Xuraman Etibarlı

İnterpress.az