İnternetdə və mediada böhtan və təhqirlərə görə cərimə TƏTBİQ EDİLDİbackend

İnternetdə və mediada böhtan və təhqirlərə görə cərimə TƏTBİQ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, 2025-ci il fevralın 10-dan Qırğızıstan rəsmi olaraq internetdə və mediada böhtan və təhqirlərə görə cərimələr tətbiq edib.

Cinayət Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bu cür hərəkətlərə görə fiziki şəxslər üçün 20 min som (~225 ABŞ dolları), hüquqi şəxslər üçün 65 min som (~730 ABŞ dolları) məbləğində cərimələr müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az