Rusiyada rəis sərxoş işçilərini ağacla döyərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Nijni Novqorod vilayətində rəis işçilərini sərxoş halda işə gəldikləri üçün ağacla döyərək öldürüb.
Kişi və qadın işçinin qeyri-adekvat vəziyyətdə gəldiyini görən usta rəis özündən çıxıb. O, əvvəlcə qadını, sonra isə kişini ağac ilə döyərək öldürüb.
Qatil taxtanı yandıraraq qaçıb. Lakin o, saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az