Ən həqiqi sevgi şirniyyata olan sevgidirbackend

Ən həqiqi sevgi şirniyyata olan sevgidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəhvəli beze

Tərkib:

5 ədəd yumurta ağı
200 qr şəkər kirşanı
20-30 qr qovrulmuş fındıq
20 qr qovrulmuş badam
100 qr üyüdülmüş qəhvə
10 qr vanil
Bir çimdik duz

Hazırlanması:

Yumurta ağı sarısından ayrılır. Yumurta ağının üzərinə duz və tədricən şəkər kirşanı əlavə edilərək köpüklənənə qədər mikserlə çırpılır.
Qarışığa vanil, badam, fındıq ləpəsi və üyüdülmüş gəhvə əlavə olunub ehmallıca qaşıqla qarışdırılır. Kütlə mətbəx torbasına doldurulub yağlı kağız salınmış formaya sıxılır. Beze 100 dərəcəyədək qızdırılmış sobada 1,5 saat qurudulur. Hazır bezenin üzərinə şəkər kirşanı səpilib servis edilir.

İnterpress.az