Qırğızıstan Rusiya neftinə alternativ olaraq Azərbaycan nefti ALACAQbackend

Qırğızıstan Rusiya neftinə alternativ olaraq Azərbaycan nefti ALACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Rusiya neftinə alternativ olaraq Azərbaycan neftini almaq imkanını nəzərdən keçirir.

İnterpress.az  xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev parlamentdə xarici əlaqələr komitəsinin iclası zamanı bildirib.

Qırğızıstan hakimiyyəti enerji resurslarının, o cümlədən təbii qaz və benzinin təkcə Rusiyada deyil, digər ölkələrdə də alınması imkanlarını öyrənir.

“Alternativ variantlar nəzərdən keçirilir”, – o deyib.

Onun sözlərinə görə, Qırğızıstan Azərbaycan və ya İrandan neft və neft məhsulları ala bilər. Bununla belə, nazirin qeyd etdiyi kimi, respublika onları Rusiyadan güzəştli tariflərlə alır.

Kulubayev hesab edir ki, tikintisinə ötən ilin sonunda başlanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikintisi başa çatdıqdan sonra neft və neft məhsullarının alternativ tədarükü yaratmaq mümkün olacaq.

Xuraman Etibarlı

İnterpress.az