Putin haqqında filmin ekranlara çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, “çox yaxında” “Rossiya” telekanalında prezident Vladimir Putin haqqında sənədli film nümayiş olunacaq.
“Onun 25 ildir ölkəmizə necə rəhbərlik etdiyi haqqında film göstəriləcək. Bu filmə baxın – orada çox istedadlı insanlar işləyib”, – Peskov qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az