Türkiyənin Lice şəhərində polis yaşayış məntəqələri yaxınlığında 20 ton marixuananı yandırarkən 25 min insan istəmədən nəşələnib.
İnterpress.az xəbər verir ki, buy barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Türkiyədə yaşayış binalarından bir neçə yüz metr aralıda 20 ton müsadirə edilmiş marixuananı yandıran polis 25 min insanı nəşələndirib.
Məhv edilmiş çətənənin ümumi dəyəri 260 milyon dollar təşkil edib. Tüstü tez bir zamanda bütün əraziyə yayılıb, yerli sakinlər bir həftə ərzində halüsinasiyalar, başgicəllənmə və “qəribə hisslər”dən şikayətləniblər.
Bu cür “tutulmalar” orada müntəzəm olaraq baş verir – ildə ən azı bir və ya iki dəfə.
Xuraman Etibarlı
İnterpress.az