ABŞ prezidenti İrandan neft alan ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp Truth Social-da yazıb.
“İran neftinin və ya neft-kimya məhsullarının bütün alışları İNDİ dayandırılmalıdır!
İrandan HƏR KƏMİYYƏTDƏ NEFT və ya NEFTKİMYA MALLARI alan hər bir ölkə və ya şəxs dərhal İkincil Sanksiyaya məruz qalacaq.
Onların Amerika Birləşmiş Ştatları ilə heç bir şəkildə, formada və ya növdə iş aparmasına icazə verilməyəcək”, – Tramp bildirib.
Xuraman Etibarlı
İnterpress.az