Ermənistan müxalifətinin “Hayastan” fraksiyası Paşinyanın impiçmentinə qoşulmağa hazırdır, lakin çatışmayan nüans var.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, əgər təşəbbüskarlar çatışmayan 8 səsi və ictimai dəstəyi versələr müxalifətin “Hayastan” fraksiyası Paşinyanın impiçmentinə qoşulmağa hazır olduğunu bəyan edib.
Fraksiya nümayəndələri əmindirlər ki, küçə təzyiqi olmadan tələb olunan 36 imzanı toplamaq mümkün deyil.
Eyni zamanda, prosesin təşəbbüskarları siyasi qüvvəni təmsil etmir və impiçmentin mümkün uğursuzluğuna görə məsuliyyət daşımırlar ki, bu da onların məqsədlərinə dair müəyyən şübhələr yaradır.
Bundan əvvəl ictimai xadimlər Edqar Kazaryan və Narek Malyan Ermənistanın baş nazirinin istefası prosesinə başlamaq çağırışı ilə deputatlara müraciət ediblər.
Xuraman Etibarlı
İnterpress.az