Hindistan Pakistanın Kəşmir terroru ilə əlaqəsini AÇIQLADIbackend

Hindistan Pakistanın Kəşmir terroru ilə əlaqəsini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Pakistanın Kəşmir terroru ilə əlaqəsini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı NİA-dakı mənbələrə istinadən məlumat yayıb.

Milli Təhqiqat Agentliyinin (NIA) Kəşmirdəki terror hücumunu araşdırarkən ilkin hesabatında Pakistanın Xidmətlərarası Kəşfiyyat (ISI) ilə hücumu təşkil etdiyi güman edilən Lashkar-e-Taiba (LeT) terror təşkilatı arasında əməliyyat əlaqələrinə işarə edilib.

Sui-qəsdin yüksək rütbəli ISI rəsmilərinin göstərişi ilə LeT yaraqlıları tərəfindən hazırlandığı bildirilir.

Mənbələr planın Pakistandakı Lashkar-e-Taiba qərargahında hazırlandığını bildirir.

Bundan əlavə, hücumda iştirak edən terrorçulardan ikisinin Pakistan vətəndaşı olduğu üzə çıxıb.

Onlar hücumun vaxtı, maddi-texniki təminatı və icrası ilə bağlı konkret göstərişlər alaraq, öz pakistanlı idarəçiləri ilə daim əlaqə saxlayırdılar.

Terrorçuların Hindistana hücumdan bir neçə həftə əvvəl daxil olduqları güman edilir.

Xuraman Etibarlı

İnterpress.az