Yaponiya Mərkəzi Asiyada təsirini artırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Eurasia Review” yazır. Son iki ayda Mərkəzi Asiyada sərhəd mübahisələrinin həlli Yaponiyanın regiona yanaşmasında əsaslı dəyişikliklərə səbəb olub.
İndiyədək Tokio ehtiyatlı davranaraq, “yumşaq güc”lə bağlı layihələrin mövcudluğunu və təşviqini məhdudlaşdırıb.
Yaponiya hazırda Mərkəzi Asiyada mövcudluğunu genişləndirmək üçün səylərini gücləndirir. Region ölkələri bu prosesi alqışlayır, onun regional təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın perspektivlərini görür.
Səylərin intensivləşməsinin bariz nümunəsi Türkmənistan prezidenti Berdiməhəmmədovun Yaponiyaya bu yaxınlarda etdiyi səfərdir.
Son həftələrdə Yaponiyanın biznes nümayəndə heyətləri ilə region ölkələrinin nümayəndələri arasında da görüşlər keçirilib.
Lakin qeyd edilir ki, bu dəyişiklik Yaponiyanı Mərkəzi Asiyada hökmranlıq etmək istəyən iki güc – Çin və Rusiya ilə münaqişəyə cəlb edə bilər.
Xuraman Etibarlı
İnterpress.az