Ukraynada müharibənin tezliklə sonu görünmür.
İnterpress.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Amerikanın “Fox News” teleşirkətinə müsahibəsində deyib.
Vens Ukraynada müharibənin yaxın gələcəkdə bitəcəyinə inanmadığını bildirib.
Onun sözlərinə görə, indi hər şey ruslardan və ukraynalılardan asılıdır, çünki hər bir tərəf qarşı tərəfin sülh şərtlərinin nə olduğunu bilir.
“Onlar razılığa gəlməli və bu qəddar, amansız münaqişəyə son qoymalıdırlar”, – Vens vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az