Tərkib:
3 ədəd lavaş
200 qr pendir
1 dəstə şüyüd
1 dəstə cəfəri
1 ədəd nar
2 ədəd yumurta
2 x.q. xama
1 x.q. qatıq
1 x.q. sirkə
1 ç.q. duz
1 ç.q. istiot
Hazırlanması:
1 ədəd yumurta, xama, qatıq, sirkə, duz və istiot qarışdırılır. Pendir çəngəllə əzilir. Üzərinə xırda doğranmış şüyüd, cəfəri, nar dənələri əlavə edilib qarışdırılır. Bir lavaş açılır. Kənarları kəsilir, orta hissəsi dörd ədəd dördbucağa ayrılır. Dördbucaqların üstünə fırçayla xamalı sous çəkilir. Hər kvadratın iki kənarı ortaya doğru büzülür. Büzülən yerin iki tərəfinə pendirli içlik qoyulur, kənarları üstə doğru qatlanır. Lavaşın kənarından kəsilən xəmirlər lent kimi qatlanıb, orta hissəyə sarılır. Üstünə yumurta sarısı çəkilir, 180 dərəcəyədək qızdırılmış sobada qızaranadək bişirilir.
İnterpress.az