Dünyanın hər yerində çimərliklər qum eroziyası səbəbindən yox olmaq riski altındadır.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Mayamidən Barselonaya, Avstraliyanın Qızıl Sahilinə qədər rəsmilər yaxın illərdə daralan sahil xətlərini necə xilas edəcəklərini anlamağa çalışırlar. Eroziyanın bir hissəsi təbii səbəblərdən qaynaqlanır.
Fırtınalar, yüksək gelgitlər və qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi səbəbindən dəniz səviyyəsinin qalxması da təsir edən amillərdir.
Barselonanın hər il təxminən 30.000 kubmetr çimərliyi “yuyub apardığı” deyilir ki, bu da 12 olimpiya hovuzuna bərabərdir.
Xuraman Etibarlı
İnterpress.az