Tramp və Netanyahunun telefon danışığı qalmaqalla yekunlaşıb — “NBC News”backend

Tramp və Netanyahunun telefon danışığı qalmaqalla yekunlaşıb — “NBC News”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp və Netanyahunun telefon danışığı qalmaqalla yekunlaşıb.

Interpress.az xəbər verir ki, bu barədə “NBC News” adlarını açıqlamayan yüksək vəzifəli amerikalı rəsmilərə istinadən məlumat yayıb.

ABŞ-nin keçmiş prezidenti Donald Trump ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı qalmaqallı mübahisə yaşanıb.

Mənbənin məlumatına görə, telefon danışığı 28 iyul tarixində baş tutub. Söhbətə səbəb Netanyahunun bir gün öncəki tədbirlərdən birində “Qəzza zolağında aclıq yoxdur” bəyanatı olub.

Tramp ertəsi gün verdiyi açıqlamada bu iddiaya şübhə ilə yanaşaraq, Netanyahunun sözlərinin inandırıcı olmadığını bildirmiş və “bunu saxtalaşdırmaq mümkün deyil” deyə əlavə etmişdi.

Trampın bu açıqlamasından sonra Netanyahu telefon danışığı tələb edib.

Məlumata görə, danışıq zamanı İsrailin baş naziri Qəzzada aclıqla bağlı yayılan məlumatların HƏMAS tərəfindən uydurulduğunu deyib.

Lakin nəşrin yazdığına görə, Tramp onu yarımçıq kəsərək qışqırmağa başlayıb. O bildirib ki, köməkçiləri ona Qəzzada uşaqların aclıq çəkdiyini sübut edən faktlar təqdim ediblər və o, bu məlumatların “saxta xəbər” adlandırılmasını istəmir.

Xuraman Etibarlı

Interpress.az